"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes klubun baş məşqçisi Ruben Amorimi "qırmızı şeytanlar" üçün doğru adam adlandırıb.

Offsideplus.az xəbər verir ki, dünən tarixində "Mançester Yunayted" UEFA Avropa Liqasının finalında "Tottenhem"ə 0:1 hesabı ilə məğlub olub.

Ruben Amorim ötən ilin payızında komandadan uzaqlaşdırılan Erik ten Haqın yerinə baş məşqçi təyin olunub. Fernandes bu barədə belə deyib:

"Mən hesab edirəm ki, Ruben Amorim klub üçün doğru insandır. Bu mövsümdə baş verənlərin onun necə bir menecer olduğunu tam əks etdirdiyini düşünmürəm. O, bu klubun gələcəyi üçün düzgün mütəxəssisdir."

Qeyd edək ki, Premyer Liqa mövsümünün son turuna bir neçə gün qalmış "Mançester Yunayted" turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.