"Sportinq"in ulduzu Viktor Gyökereş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, isveçli hücumçu "Mançester Yunayted"in transfer siyahısındadır. Klub Mateus Kunyanın transferindən sonra Viktoru heyətinə cəlb etmək üçün hərəkətə keçəcək.

"Qırmızı şeytanlar" 24 yaşlı futbolçu üçün rəsmi təklif hazırlayan ilk İngiltərə klubudur.

Qeyd edək ki, Viktor Gyökereş cari mövsüm 56 oyuna 62 qol vurub, 17 assist verib. O, 2024-25 mövsümü üzrə Portuqaliya Premyer Liqasının qalibi olub.