"Mançester Siti"nin ulduzunun son durumu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi Rodri yaşıl meydanlara qayıtmaq üzrədir. Pep Qvardiola açıqlamasında ispan futbolçunun son durumundan danışıb: 

"Həkimlər mənə desə ki, Rodri hazırdır, o zaman İngiltərə Kuboku finalında oynayacaq. Rodri çox çalışır, yaxşılaşır".

Qeyd edək ki, 2024-cü il üzrə "Qızıl Top" mükafatının sahibi olan Rodri mövsümün əvvəlindən sıradan çıxıb.