Kevin De Brüyne karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az ispan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmdafiəçi "Real Madrid" klubuna təklif edilib. O, məvacibinin 50% azaldılmasına razıdır.
Qeyd edək ki, belçikalı ulduz cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq. Klub ona yeni müqavilə təklif etməyib və Kevin azad agent kimi istədiyi kluba transfer edilə bilər.



