"Sportinq" klubunun gənc müdafiəçisi Qonsalu İnasiu karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır. Ruben Amorim sabiq ouunçusunu indiki komandasında da görmək istəyir.

Bu barədə "A Bola" nəşri məlumat yayıb.

23 yaşlı İnasiu 5 ildir "Sportinq"in əsas komandasında çıxış edir. O, cari mövsüm 36 oyunda 5 qol vurub və 3 assist edib.