İngiltərənin "Çelsi" klubu "Real"ın futbolçusu Orelyen Tçuamenini transfer etməkdə maraqlıdır.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" fransalı yarımmüdafiəçi üçün qarşı tərəfə Entso Fernandesi göndərməyə hazırdır.
"Kral klubu" argentinalının futbolçunun çıxışını yaxından izləyir. Bu keçid yayda baş tuta bilər.
Entso 2023-cü ilin yanvarında 121 milyon avroya "Çelsi"yə transfer olub. Çuameni üçün isə "Real" 80 milyonundan keçib.