"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Mikel Artetanın "Arsenal"da aldığı müddət qədər "qırmızı şeytanlar"da zaman almağı gözləmir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sky Sports"a müsahibəsi zamanı Artetanın "Arsenal"dakı fəaliyyətinə diqqət çəkib:
"Arteta baş məşqçi olaraq liqada çox çətin bir başlanğıc etdi. "Topçular"ı çempionluğa namizəd etməzdən öncə 3 dəfə ardıcıl Çempionlar Liqasına vəsiqə qazanmağı bacarmadı. Onun qədər zamana sahib olmayacağam. Bunu hiss edirəm. Fərqli bir klubdur".