UEFA ingilis hakim Devid Kutu futboldan uzaqlaşdırıb.
Offsideplus.az xəbər verir ki, 42 yaşlı hakim ümumi qaydalara layiq olmayan hərəkətlərdə və futbolun imicinə zərər vurmaqda günahlandırılır.
O, 2026-cı ilin yayınadək futbolla bağlı heç bir fəaliyyət göstərə bilməz.
Qeyd edək ki, D.Kut hələ ötən ilin noyabrında İngiltərədə diskvalifikasiyaya məruz qalıb. Həmin vaxt onun içkili halda dostlarının əhatəsində "Liverpul"un sabiq baş məşqçisi Yurgen Kloppun ünvanına təhqiramiz sözləri söylədiyini əks etdirən video yayılmışdı.
Bundan sonra isə UEFA hakimi Avropa çempionatı-2024-ün final mərhələsində qadağan olunmuş maddələrin istifadəsində şübhəli bilərək, araşdırmalara başlamışdı.