"Mançester Siti" heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Portu"dan Dioqo Kostanı növbəti mövsüm üçün transfer etmək niyyətindədir. Bu barədə "Foot Mercato" məlumat yayıb.
Premyer Liqa klubunun təcrübəli "əlcək sahibi" üçün artıq ilkin danışıqlara başladığı da qeyd olunub.
Xatırladaq ki, 25 yaşlı qolkiper hazırda da formasını geyindiyi "Portu"nun yetirməsidir.