"Liverpul" futbolçusu Darvin Nunezi satmaq istəyir.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi uruqvaylı futbolçunu "Barselona" və "Atletiko Madrid"ə təklif edib.
Adıçəkilən hər iki klub hücum xəttini gücləndirmək istəyir. Buna baxmayaraq, heç biri "Liverpul"la əlaqəyə keçməyib.
Qeyd edək ki, Darvin Nunez cari mövsüm Premyer Liqada 24 oyun keçirib, 4 qol və 2 assistə imza atıb.