Hakan Çalhanoğlu İngiltərə nəhənginin "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "Nyukasl" türk ulduzun xidmətində maraqlıdır. Bu barədə "TeamTalk"da məlumat yayılıb.

Premyer Liqa klubunun transferin gerçəkləşməsi üçün şərtləri araşdırmağa başladığı qeyd olunub.

Çalhanoğlunun hazırda klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.

Xatırladaq ki, Hakan 2024/25 mövsümündə "İnter" forması ilə 25 oyuna çıxıb və 6 qola, 2 məhsuldar ötürməyə imza atıb.