"Arsenal" geridə qalan mövsümdə rekord məbləğdə gəlir əldə edib.
Offsideplus.az xəbər verir ki, "topçular" 2023/24 mövsümündə 616.6 milyon sterlinq qazancla klub tarixində ən yüksək gəlirə nail olub.
London təmsilçisi 2022/23 mövsümündə 466.7 milyon sterlinq qazanıb və sonrakı futbol ilində əldə etdiyi pulun miqdarında 32.1% artım qeydə alınıb.