Səudiyyə Ərəbistanı kralı ailəsinin İngiltərənin Manchester United klubunu satın almaq istəyi ilə bağlı məlumat vermişdik. Bildirilirdi ki, şahzadə Məhəmməd ibn Salman klubun amerikalı sahibləri olan Qlazer ailəsinə 4 milyard funt-sterlinq təklif edib. Onun məqsədi Səudiyyə Ərəbistanını sadəcə neft ölkəsi olmaqdan xilas edib, fərqli sektorlara yönəltməkdir.

 
Offsideplus.az xəbər verir ki, kral ailəsinin bu istəyi baş tutmayacaq. Belə ki, Coel və Avram Qlazer qardaşları klubu onlara satmaqdan imtina edib. Buna səbəb isə Səudiyyədən olan muxalifətçi jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunda öldürülməsi olub.
 
Jurnalistin məhz şahzadə Salmanın əmri ilə öldürüldüyü iddia edilir. Bu səbəbdən Qlazer ailəsi satışdan imtina edib. Onlar Manchester United-in ingilis üzvlərinə də belə bir satışın olmayacağını vəd ediblər.
 
Qeyd edək ki, "Washington Post" qəzetinin yazarı olan Camal Qaşıqçı oktyabrın 2-ində baş konsulluq binasına daxil olub və həmin vaxtdan ondan xəbər alınmayıb. İddialara göə, Camal Qaşıqçı binada öldürülüb. Onun öldürülmə anının səs yazısıın hətta qolundakı "Apple" saatının qeydiyyatına düşdüyü deyilir. Jurnalist baş konsulluğunun binasına daxil olmazdan əvvəl "iPhone” smartfonunu nişanlısına verib və "Apple” saatını səs yazısı rejiminə keçirib. Smartfon jurnalistin qolundakı "Apple Watch” ilə sinxronlaşıb. Nəticədə dindirilmə, işgəncə və qətlin səs yazısı avtomatik olaraq "iPhone” smartfonuna ötürülüb. Sonra "Apple iCloud” proqramına yüklənib.
 
İki gün öncə Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Səudiyyə Ərəbistanından gəlmiş heyətlə konsulluq binasına daxil olaraq araşdırma aparıblar. İddialara görə, artıq Camal Qaşıqçının burda öldürülməsini təsdiqləyən sübutlar tapılıb.
 
Fanat.Az