İngiltərə Premyer Liqasının XV turundan təxirə salınmış "Everton" - "Liverpul" matçı (2:2) qonaqların qəribə rekordu ilə yadda qalıb. 

Offsideplus.az xəbər verir ki, "qırmızılar" dünən tarixlərində ilk dəfə olaraq, meydançaya ingilis futbolçu olmadan çıxıblar. Belə ki, "Liverpul"un start heyətini ilk dəfə qeyri-ingilislər təşkil ediblər:

Alisson (Braziliya)

Robertson (Şotlandiya)

Van Deyk (Hollandiya)

Konate (Fransa)

Bredli (Şimali İrlandiya)

Makallister (Argentina)

Qravenberx (Hollandiya)

Soboslai (Macarıstan)

Qakpo (Hollandiiya)

Dias (Kolumbiya)

Salah (Misir)