İngiltərə Premyer Liqasında sentyabrın futbolçusu və baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Chelsea-nin kapitanı Eden Azar ən yaxşı oyunçu seçilib.

Belçikalı ulduz futbolçu ötən ay keçirilən 4 oyunda 5 qol vurub. Chelsea isə 2 dəfə qələbə qazanıb, 2 dəfə heç-heçə edib.

Ən yaxşı baş məşqçi isə Wolverhampton-un çalışdırıcısı Nunu Espiritu Santu olub. 3 qələbə və 1 heç-heçə. Bu oyunlarda komanda 1 top buraxıb.