Ulduz futbolçu azarkeşlərdən maraqlı tərzdə üzr istəyib.
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında "Çelsi"nin "Tottenhem"i "4-3" hesabı ilə məğlub etdiyi oyundan sonra Mark Kukurella azarkeşlərdən üzr istəyib.
İspaniyalı futbolçu matçın ilk 10 dəqiqəsində ayağının sürüşməsi nəticəsində 2 dəfə topu itirib və rəqib hər 2 epizodda qol vurub. 26 yaşlı oyunçu ikinci qoldan sonra butslarını dəyişib və tribunadakı fanatlarından üzr istəyib.
Qarşılaşmadan sonra səhv etməsinə səbəb olan butslarını zibilqabına ataraq şəklini çəkib sosial media hesabında paylaşıb. Kukurela "üzgünəm, "mavilər" ifadəsini qeyd edib.