İngiltərə Premyer Liqasının 13-cü turunda evdə "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edən "Liverpul"un baş məşqçisi Arne Slot oyundan sonra keçirilən mətbuat konfransında maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Təcrübəli çalışırdıcı bunları söyləyib:
"Hə, səviyyəni nəzərə alsaq, bu, ideal matç idi. Oyunun sonlarında əlverişli epizodları boşa verdik. Amma ola bilsin ki, bunun belə matçlarda faydalı tərəfləri də var. Növbəti qolu vura bilsəydik, daha xoş olardı.
Biz həmişə güclü pressinq tətbiq edirik. Ancaq rəqib hücum planında güclü idi. İşimiz asan olmadı, çox işləmək lazım gəldi. Oyunçularımız enerji nümayiş etdirdilər. Futbolçularla yanaşı, azarkeşlərimiz də möhtəşəm idilər".