Pol Poqba “Qızıl top”u qazanmağa iddialı əsas namizədlərin adlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, fransasız futbolçu millidəki komanda yoldaşları Antuan Qrizmann, Kilian Mbappe və Rafael Varanın mükafatı almağa layiq olduqlarını bildirib:

"Qrizman, Mbappe və ya Varan - hər biri mükafatı qazanmağa məndən daha çox layiqdir. Hansısa birini fərqləndirə bilmərəm. Amma bütün qəlbimlə ümid edirəm ki, “Qızıl top” üçündən birinin olacaq. Hətta dörd nəfərdən biri deyərdim, çünki siyahıda Nqolo Kante də var”.