"Çelsi"nin futbolçusu Mark Kukurelya İngiltərə klubundan xoşbəxt olması ilə bağlı suallara cavab verib.

Offsideplus.az xəbər verir ki, məlumatı "Bild" yayıb. İspaniyalı müdafiəçi bunları söyləyib:

"Burada olmaqdan xoşbəxtəm. Ailəmdə çox xoşbəxtdir. Mən İngiltərənin ən səviyyəli klubunda çıxış edirəm. Uzun müddət klubun uğurları üçün çalışmaq istəyirəm. Hər şey əladır".

Qeyd edək ki, sözügedən oyunçu 2022-ci ildən London təmsilçisinin şərəfini qoruyur.