"Mançester Yunayted"in bir sıra futbolçusu işçilərin ixtisar edilməsinə görə, rəhbərliyə qarşı sərt etirazlar ediblər.
Offsideplus.az bu haqda "Bild"ə istinadən məlumat verir.
Xəbərə görə, işçilər işdən uzaqlaşdırılarkən heç bir kompensasiya və təşəkkür almırlar. Etinasız yanaşma futbolçularda funksionerlərə qarşı aqressivlik yaradıb. Onlar tezliklə məsələyə aydınlıq gətirilməsini istəyiblər.
Qeyd edək ki, Cim Retkliff klubda pay sahibi olduqdan sonra radikal islahatlar aparır.