"Mançester Yunayted" klubunda gərginlik davam edir.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Erik Ten Haqın gələcəyi qeyri-müəyyəndir. Bu ərəfədə klub rəsmilərinə qadağan gəlib.
Belə ki, Ser Aleks Ferqyuson və "Mançester Yunayted" rəhbərliyinə bildirilib ki, "Old Trafford"da paltardəyişmə otağına daxil olmasınlar. Bu barədə ingilis mediası məlumat yayıb.