“Burada çox güclü idmançılar çıxış edirlər”.
Offsideplus.az əbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov "Mingəçevir reqatası-2024”lə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yarışın nüfuzu son illərdə artmaqdadır: “Bundan öncə də işğaldan azad olunan ərazilərimizdə yarışlar keçirilib. Federasiyamız daha bir ilkə imza atacaq. “Mingəçevir reqatası 2024” beynəlxalq turnirinin açılış mərasimi Füzulinin işğaldan azad olunması günündə sabah Füzulidə Aşağıköndələn çay su anbarında baş tutacaq. Burada idmançıların rəsmi paradı olacaq. Sonra isə yarışların açılış mərasimi keçiriləcək. Bu gün isə Mingəçevirdə avarçəkmənin vətəni sayılan “Kür” Olimpiya Tədris-İdman Mərkəzində qısa açılış və yarışlara start verildi. Burada çox güclü idmançılar çıxış edirlər. Türkiyə, Gürcüstan, Moldova və s. ölkələr mükafatlara iddialıdırlar”.