"Sportinq"in çalışdırıcısı Ruben Amorim karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az "The Guardian"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Mançester Siti"nin maraq dairəsindədir. Əgər mövsüm sonu Xosep Qvardiola ilə danışıqlar uğursuz baş verərsə, "şəhərlilər" Amorim ilə razılığa gələcəklər.
Qeyd edək ki, Ruben Amorim 2020-ci ildən Lissabon təmsilçisinin uğurları üçün çalışır.