"Liverpul" əvəzedici heyətin üzvü Trey Nyoni ilə müqavilə bağlayıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2027-ci ilə qədər ada təmsilçisinin əsas komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, İngiltərənin 18 yaşadək futbolçulardan ibarət yığmasının üzvü ötən il "Lester"dən "Liverpul"a keçib.