"Monako"nun futbolçusu Aleksandr Qolovin sabiq komanda yoldaşı Orelyen Tçuamenini xatırlayıb.

Offsideplus.az xəbər verir ki, o, fransalı yarımmüdafiəçinin dəyişmədiyini bildirib:

"Onu heç vaxt sevməmişəm. Hələ də sevmirəm. 20 metrə belə düzgün pas ata bilmir. "Real Madrid"də də eynidir".

Qeyd edək ki, Tçuameni 2022-ci ilin yayında 80 milyon avroya "Monako"dan "Real Madrid"ə transfer olunub.