İtaliya millisinin futbolçusu Daniel Maldini yığmanın heyətində debütü barədə maraqlı açıqlama verib.

Offsideplus.az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi bunları söyləyib:

"Bunlar müsbət duyğular idi. Çox şadam ki, meydana çıxdım. Bir qədər keyfiyyət gətirəcəyimə ümidvaram, onsuz da bu, çox olsa da, bacardığım qədər kömək etməyə çalışacağam. Valideynlərimin bura gəlməsinə şadam".

Qeyd edək ki, Maldininin debütü UEFA Millətlər Liqasının A Liqasının 2- ci qrupunun İsrail yığmasına qarşı 4-cü tur ev oyununda (4:1) baş tutub.