"Qarşılaşmaya ciddi hazırlaşırıq. Tam olaraq oyuna köklənmişik. İstər analiz olsun, istərsə də elemental baxımdan hazırlıqlarımız davam edir. Əsas heyətdə zədəlilərimiz var. Amma onların yerinə meydanda olanlar inanıram ki, daha yaxşı performansla boşluğu kompensasiya edəcəklər".

Bu sözləri Offsideplus.az - a açıqlamasında "İmişli"nin baş məşqçisi Fərid Namazov I Liqanın V turu çərçivəsində baş tutacaq "Karvan"la görüş barəsində danışarkən bildirdi.

Mütəxəssis Yevlax təmsilçisinin uğurlu çıxışına da diqqət çəkdi:

"Karvan" əsas rəqiblərimizdən biridir. 4 oyundur qələbə qazanırlar. Keyfiyyətli futbolçuları, peşəkar məşqçiləri var. Regionda belə klubun olmağı sevindiricidir. Onların da iddiası var, biz də iddialıyıq. Oyunda hər şeyə aydınlıq gələcək".