Ulduz futbolçu Lionel Messi Argentina millisindəki karyerası haqda maraqlı açıqlama verib. 

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Leo bunları söyləyib:

"Milli komanda üçün heç bir müddət təyin etməmişəm. Mən sadəcə olaraq həzz almaq və insanların məhəbbətini hiss etmək istəyirəm, çünki bilirəm ki, bunlar mənim son oyunlarım da ola bilər. Mən ili yaxşı başa vurub addım-addım getmək istəyirəm"

Qeyd edək ki, Messi Argentina yığmasında ilk dəfə 2005-ci ildə debüt edib.