Kilian Mbappe ilə bağlı daha bir maraqlı iddia səslənib.

Offsideplus.az "Foot Mercato"ya istinadən xəbər verir ki, forvard Fransa millisi ilə meydana yalnız vacib matçlarda çıxmaq istəyir. Buna səbəb hücumçunun "Qızıl top" mükafatını rahatlıqla almaq istəməsi göstərilir. 

Digər ehtimal görə isə zədədən ehtiyat etməsi Mbappenin bu istəyindən qaynaqlanır.

Qeyd edək ki, daha öncə Deşam 25 yaşlı futbolçunun zədədən sağalma mərhələsindən keçdiyi üçün millinin düşərgəsinə çağırılmadığını bildirmişdi.