"Kardiff Siti" Erol Bulutla yolları ayıra bilər. 

Offsideplus.az xəbər verir ki, məlumatı "Talksport" yayıb. 

Çempionşip təmsilçisinin rəhbərliyi türkiyəlinin işindən narazıdır. Çünki "Kardiff" liqada 5 oyuna cəmi 1 xal toplayıb. Bu da klub tarixində son 35 ilin ən pis göstəricisidir.