“Mançester Yunayted” baş məşqçi Erik ten Haqın gələcəyini ciddi şəkildə düşünür.
Offsideplus.az xəbər verir ki, rəhbərlik niderlandlı mütəxəssislə yolları ayırmağı planlaşdırır.
Klub İngiltərə Premyer Liqasına uğursuz başlayaraq, 1 qələbə və 2 məğlubiyyətlə 14-cü pillədədir. Vəziyyət dəyişməsə, Ten Haqın istefası qaçılmaz ola bilər.