Joao Feliksin yeni klubu bəllidir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. "Çelsi" Feliks üçün 50 milyon avro ödəməyə hazırdır, tərəflər razılıq əldə edib.
Müqavilənin müddəti 2030-cu ilədək nəzərdə tutulub. Feliks "zadəganlar"a transferi üçün artıq tibbi müayinədən keçib.