"Atletiko"nun üzvü Samuel Omorodion karyerasını İngiltərədə davam etdirə bilərmiş.

Offsideplus.az xəbər verir ki, oyunçunun "Çelsi"yə keçidi baş tutmayıb.

Bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Mənbənin sözlərinə görə, Madrid təmsilçisi londonlularla 20 yaşlı futbolçu bağlı razılaşmayıb.

Qeyd edək ki, forvard ötən mövsüm "Alaves"in heyətində 36 matçda 9 qol vurub, 1 məhsuldar ötürmə edib.