Martin Subimendi karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Real Sosedad"ın üzvü ilə "Liverpul" yaxından maraqlanır. Məlumatı "Goal" nəşri yayıb. 

İngilislər ispaniyalı üçün 60 milyon avro ödəməyə hazırdılar. Bu məbləğ oyunçunun müqaviləsində təzminat olaraq göstərilib. 

Qeyd edək ki, Subimendi 2024/25 mövsümündə 45 qarşılaşmada 4 qol vurub, 1 məhsuldar ötürmə edib.