PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, onun xidmətində "Mançester Siti" maraqlıdır.

Qeyd olunur ki, "şəhərlilər" Edersonun mümkün ayrılığını nəzərə alaraq heyətini gücləndirmək istəyir.

Daha əvvəl Edersonun "Əl-İttihad"a transfer olunacağı iddia olunurdu.

Donnarumma 2021-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı italyan paytaxt klubunda 114 oyun keçirib. Onun komanda ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.