"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın növbəti mövsümkü planlarından danışıb.

Offsideplus.az xəbər verir ki, o, daha uğurlu çıxışı hədəflədiklərini qeyd edib:

"On il əvvəlki "Mançester Yunayted"i qaytarmaq istəyirik. Bu, Premyer Liqanı və Çempionlar Liqasını qazana bilən klubdur. Düzdür, bundan çox uzağıq. Keyfiyyətimizi daha da yüksəltməliyik".

“Mançester Yunayted” sonuncu dəfə  2012/13 mövsümündə İngiltərə çempionu, 2008-ci ildə isə Çempionlar Liqasının qalibi olub.