Ceydon Sanço və "Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq görüşüb.

Offsideplus.az xəbər verir ki, tərəflər bu həftə üz-üzə görüş keçiriblər və nəticənin pozitiv olduğu bildirilir. Həm Ten Haq, həm də ingiltərəli futbolçu aralarındakı narazılığı geridə qoymaq qərarına gəlib. 

Sanço məşqlərə dönüb və mövsümdən öncəki hazırlıqda iştirak edəcək. 

Qeyd edək ki, Ceydon Sanço ötən mövsüm baş məşqçi ilə arasında yaranan mübahisəyə görə "Borussiya"ya transfer olunmuşdu.