"Hall Siti"nin sahibi Acun İlıcalı Ceyden Filodjin ilə bağlı açıqlama verib.  

Offsideplus.az xəbər verir ki, türkiyəli rəhbər "Barselona", "Everton" və "Vest Hem"in İngiltərə komandasının ulduzu ilə maraqlandığına dair iddiaları təsdiqləyib:

"Mənə görə, oyunçunun getməsi yolun sonu demək deyil. Heç vaxt oyunçularımın karyerasını və ya əhval-ruhiyyəsini pozmaq istəməmişəm. Əgər Ceyden getmək istəsə, biz buna qarışa bilmərik. Çünki bu, onun həyatıdır."