"Tottenhem"in yarımmüdafiəçisi Pyer-Emil Hoyberqin Dortmund "Borussiya"sına keçmək şansı var.

Offsideplus.az xəbər verir ki, futbolçu üçün "Atletiko Madrid", "Napoli" və "Fənərbaxça" da iddialıdır.

Son seçimi 28 yaşlı danimarkalı oyunçu özü edəcək.

Qeyd edək ki, onun transfer dəyəri 18 milyon avro məbləğində qiymətləndirilir.