“Mançester Yunayted” klubunun rəhbərliyi hücumçu Meyson Qrinvudun klubdakı gələcəyi ilə bağlı qərar verib.

Offsideplus.az İngiltərə mediasına istinadla xəbər verir ki, o, “Xetafe”də icarə əsasında necə çıxış etməsindən asılı olmayaraq, yayda klubu tərk edəcək. Onun "Mançester Yunayted"lə müqaviləsi bu yay başa çatır.

"Qırmızı şeytanlar" oyunçu ilə müqaviləni yeniləməyəcək.