"Mançester Yunayted" klubunun futbolçusu Kasemiro Braziliya millisinin heyətində zədələnib.

Offsideplus.az xəbər verir ki, bu, DÇ-2026-ın seçmə mərhələsində Venesuelaya qarşı matçda baş verib.

Meydana start heyətində daxil olan yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. Baş məşqçi Fernando Diniz bildirib ki, Kasemironun topuğunda problemlər var.