"Lids Yunayted" klubunun yarımmüdafiəçisi Tayler Adams iş yerini dəyişir.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu "Bornmut"la anlaşıb.
Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.
ABŞ-li futbolçunun yaxın günlərdə bu kluba keçəcəyi gözlənilir.
Qeyd edək ki, Adamsla "Çelsi" də maraqlanırdı.