İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, London təmsilçisi, "Olimpik Lion"un hücumameyilli yarımmüdafiəçisi Rayan Çerki üçün hərəkətə keçib. 

"Zadəganlar" 19 yaşlı fransalının keçidini bu yay həll etmək istəyir.

Bildirək ki, Çerkinin "Lion"la 2025-ci ilədək müqaviləsi var.