İngiltərənin “Mançester Yunayted” klubu müdafiəçisi Aksel Tuanzebeylə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə müddəti bitən müqavilə yenilənməyib və Tuanzebe azad agent statusu alıb.

“Mançester Yunayted”in öz yetirməsi olan Tuanzebe klubun əsas komandasında cəmi 37 oyuna çıxıb.