"Liverpul" yayda Ceyms Milnerlə yollarını ayıra bilər.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Yürqen Klopp futbolçu ilə yeni müqavilə ilə bağlı danışıqların aparılmadığını açıqlayıb:
"Milnerin müqaviləsi ilə bağlı hazırda bir yenilik yoxdur. Bu barədə dəqiq bir qərar veriləndə biləcəksiniz".
Qeyd edək ki, Ceyms Milnerin "Liverpul"la sözləşməsi cari mövsümün sonunda başa çatır.