"Liverpul"un "Borussiya"nın (Dortmund) futbolçusu Cud Bellinqemi transfer etmək şansları get-gedə azalır.

 Offsideplus.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etmək istəyən klublar arasında "Real" və "Mançester Siti"nin olduğunu nəzərə alsaq, "qırmızılar"ın bu keçiddə şansları yüksək qiymətləndirilmir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb. 

Xəbərə görə, "Liverpul" İngiltərə millisinin üzvünün transferinin yüksək, "Real" və "Mançester Siti"nin isə maliyyə cəhətdən üstün olduğunu başa düşür və bu səbəbdən "transfer yarışında" iştirak etmək niyyətində deyil. Bu keçiddə Madrid təmsilçisi ilə "şəhərlilər"in mövqeyinin daha güclü olduğu bildirilir.

Qeyd edək ki, Bellinqem cari mövsüm Dortmund təmsilçisinin heyətində bütün yarışlarda 34 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.