"Mançester Yunayted" klubunun futbolçusu Donni van de Bek zədə səbəbindən bu mövsümün qalan hissəsini buraxacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Erik Ten Haq məlumat verib.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi bu mövsüm "Mançester Yunayted"in heyətində bütün yarışlarda 10 oyuna çıxıb.