Madrid "Atletiko"sunun futbolçusu Mateus Kunya "Vulverhempton"a keçib.

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu İngiltərə klubunda icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti açıqlanmasa da, satın alma şərti olduğu bildirilib.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm “Atletiko” ilə 17 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə 2026-cı ilin yayınadək sözləşməsi var.