“Liverpul”un zədəli futbolçusu Arturun son durumu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bir müddətdi yaşıl meydanlardan uzaq qalan braziliyalı yarımmüdafiəçi dekabrın sonlarında məşqlərə başlayacaq. Bu barədə insayder Fabritsio Romano "tvitter" hesabında məlumat verib.

Qeyd edək ki,  “Liverpul”da icarə əsasında çıxış edən Artur müqavilə ilə “Yuventus”a məxsusdur. O, Mersisayd təmsilçisinin heyətində cəmi bir oyuna çıxıb.