"Mançester Siti" PSJ-nin hücumçusu Lionel Messini transfer etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" argentinalı ulduzu 2023-cü ilin yayında heyətinə qatmaq istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.  

Mənbəyə görə, klub rəhbərliyi 35 yaşlı oyunçunun Xosep Qvardiolanın rəhbərliyi altında Erlinq Haaland və Kevin De Bruyne ilə yaxşı hücum "3-lü"yü təşkil edəcəyini düşünür.

Messinin özü hazırda karyerasını davam etdirmək üçün iki variantı - PSJ ilə müqaviləni uzatmaq və ya  keçmiş komandası "Barselona"ya qayıtmağı nəzərdən keçirir.

Bildirilir ki, argentinalı ulduz karyerası ilə bağlı qərarını bu gün Qətərdə start götürəcək dünya çempionatı başa çatdıqdan sonra verəcək.